İDMAN


Azərbaycan18 illik fasilədən sonra avrokuboklarda təmsil olunacaq

Azərbaycanın basketbol klubu 18 illik fasilədən sonra yenidən avrokuboklarda öz gücümü göstərəcək. 2023/2024 mövsümündə ölkəmizi FIBA Avropa Kubokunda “Sabah" Basketbol Klubu təmsil edəcək. Basketbol komandamız FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq məqsədi ilə təlim-məşq toplanışı üçün sentyabrın 6-da Serbiyanın paytaxtı Belqrada yollanacaq.
Qeyd edək ki, "Sabah" FİBA Avropa Kubokunda “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) üz-üzə gələcək. Qarşılaşmalar oktyabrın əvvəlində reallaşacaq.