İDMAN


Polo üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qrupu lider olaraq tamamlayıb

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qrupda son oyununu keçirib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, İsveçrə üzərində 8:2,5 hesabla inamlı qələbə qazanan millimiz qrupu birinciliklə bitirərək yarımfinal mərhələsinə adlayıb. Qollardan üçünü kapitan Elçin Camallı, birini Tərlan Qurbanəliyev, 3-nü Joakin Kopello və 1-ni isə Andres Liorente öz aktivinə yazdırıb. İlk iki hissədən sonra rəqibdən böyük hesabla irəlidə olan komandamızın ehtiyat heyətinin üzvlərinə də oyunda iştirak etmək şəraiti yaradılıb.