İDMAN


UEFA Avropa Liqası: “Qarabağ” qrup mərhələsində bu gün ilk oyununu keçirəcək

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” turnirin qrup mərhələsində bu gün ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də başlayacaq oyunda Norveçin “Mölde” klubu ilə qarşılaşacaq.
Matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim John Beatona, Daniel McFarlane, Douglas Potter yardım edəcək.