MÜSAHİBƏ


Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır

Xaricdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün sosial aksiyalar həyata keçirir və beynəlxalq aləmi bəzi dövlətlərin Azərbaycana qarşı apardığı ikili, üçlü və hətta dördlü standartları haqda məlumatlandırır. Bu sözləri jurnalistlərə müsahibəsində Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.