MÜSAHİBƏ


Pakistanlı nazir: Bu səylərin başlanğıcında olsanız da, artıq çox müsbət və konstruktiv nəticələr var

Məni Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumuna dəvət etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Hökumətiniz belə böyük tədbiri yüksək səviyyədə təşkil edib. Burada hökumətinizin xalqla birgə həyata keçirdiyi yenidənqurma işlərini və köçkünlərin məskunlaşdırılmasını görmək məni çox sevindirdi. Pakistan hökuməti və xalqı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
Bunu AZƏRTAC-a açıqlamasında Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edən Pakistanın planlaşdırma inkişafı və xüsusi təşəbbüslər üzrə federal naziri Məhəmməd Sami Səid bildirib.