MÜSAHİBƏ


Elnur Allahverdiyev: Azərbaycana qarşı qərəzli yanaşma ənənəyə çevrilib

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli yanaşması ənənəyə çevrilib. Azərbaycan bu iddiaları rədd edir. Avropa Parlamentinin ölkəmizlə bağlı qərəzli qətnaməsi Avropa Parlamentinin daxilində erməni lobbisinin dəstəkçiləri olan deputatlar tərəfindən yalan məlumatlarla doldurulub. Bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib.