MÜSAHİBƏ


İrəvan xanının nəslinin nümayəndəsi: Əminəm ki, tezliklə doğma torpaqlarımıza - əcdadlarımızın yurduna qayıda biləcəyik

Keçmişdə Qərbi Azərbaycanda müxtəlif etnik qrupların tərkibi müxtəlif hadisələr və siyasətlər nəticəsində formalaşıb. Bu regionun mürəkkəb demoqrafik dəyişikliklər tarixi var. Demoqrafik tərkibin formalaşmasında xanlar və onların siyasəti böyük rol oynayıb. Hətta erməni mənbələrinə əsaslanan siyahıya baxsaq görərik ki, İrəvan xanlarının hamısı Azərbaycan, müsəlman əsilli idi. Qərbi Azərbaycan xanları həmişə əksəriyyət təşkil edən etnik qrupdan, yəni, azərbaycanlılardan olub. XIX əsrdə çar Rusiyasının təqdim etdiyi rəsmi statistik məlumatlara əsasən sübut olunur ki, İrəvanda yerli əhalinin əksəriyyəti Azərbaycan mənşəli olub.
Bu fikirləri hazırda Almaniyada yaşayan, İrəvan xanının nəslindən olan Əmir Əli Sərdari İrəvani Haaqada təşkil olunmuş “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində AZƏRTAC-a məxsusi müsahibəsində deyib.