MÜSAHİBƏ


Anniterror tədbirləri zamanı kiberhücumların intensivliyi artmışdı

“Qeyri-kritik infrastruktur dedikdə adətən iri sahibkarlığı çıxmaqla özəl sektor nəzərdə tutulur. Biz adətən orta, kiçik, iri biznesi də nəzərdə tuturuq. Kritik infrastruktura daxil olmayan bütün özəl sektor qeyri-kritik hesab olunur. Həmin sektorun kibertəhlükəsizlik barədə maarifləndirilməsi, təhdidlərin araşdırılması da Elektron Təhlükəsizlik Xidmətinin səlayiyyətləti çərçivəsindədir. Bu sektora həm ölkədaxili, həm də ölkə xaricindən kiberhücumları müşahidə edirik. Anniterror əməliyyatı zamanında bu kücumların intensivliyi və mürəkkəbliyi artmışdı. Bu dayanmayan bir prosesdir”. Bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov deyib.