SİYASƏT


Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Oktyabrın 31-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad ediblər.
Sonra Azərbaycan Ordusunun Baş Qərargahında təntənəli qarşılama mərasimi keçirilib.
İki ölkə ordularının Baş Qərargah rəisləri arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.