MÜSAHİBƏ


Vüqar Qurbanov: Ölkədə koronavirusla əlaqəli ağır vəziyyətdə olan xəstələr yoxdur

"Bu gün ölkədə koronavirusla əlaqəli ağır, yəni kritik vəziyyətdə olan xəstələrimiz yoxdur".
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda koronavirusla bağlı vəziyyət nəzarətdədir: "COVID-19-la bağlı TƏBİB-in tabeliyində bir modul tipli xəstəxana fəaliyyət göstərir. Orada xəstələr müalicə olunur, dərman təchizatı isə əvvəlki qaydada davam edir. Kritik vəziyyətdə olan xəstələrimiz yoxdur”.