MÜSAHİBƏ


Onkoloji xəstəliklərin tibbi sığorta çərçivəsində müalicəsi üçün hesablamalar aparılır

"Azərbaycanda onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicə olunmasına görə hesablamalar aparılır, xarici mütəxəssislər cəlb edilib". AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirilib: "Hazırda hesablamalar aparılır. Çünki sığorta dəqiq hesablamalar tələb edir. Xarici ölkələrdən də bu işə mütəxəssislər cəlb edilib. Hazırda Türkiyədən mütəxəssislər gözləyirik".