RƏSMİ


Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berboku qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.