MÜSAHİBƏ


Vüqar Qurbanov: Qızılca ilə bağlı hər hansı simptom müşahidə edilən valideynlər tibb müəssisələrinə müraciət etsinlər

“Ölkədə qızılca ilə bağlı vəziyyət stabildir. Vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır. Bizim çağırışımız budur ki, valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərlərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər. Tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa stasionar müalicəyə cəlb olunacaqlar, bunun üçün şərait də var”.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə müsahibəsində deyib.