SİYASƏT


Mədəni irs abidələrinə qarşı vandalizm aktı qəbuledilməzdir - Eviandan REPORTAJ

Fransanın Evian şəhərinin sakinləri həmişə məmnuniyyətlə seyr etdikləri heykələ qarşı törədilmiş vandalizm aktından narazıdırlar. Onlar bildirirlər ki, cansız bir heykələ qarşı bu cür hərəkət qəbuledilməzdir və başa düşülən deyil. XIX əsr Azərbaycan poeziyasının əsas simalarından olan, “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınmış, Qarabağ xanının nəvəsi Xurşidbanu Natəvanın Eviandakı heykəlinin vandalizm aktına məruz qalması yerli sakinləri şoka salıb.