SİYASƏT


Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizmlə əlaqədar etiraz aksiyası keçirilib

Fransada azərbaycanlı şair Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına cavab olaraq, Azərbaycan və türk icmalarının üzvləri yanvarın 13-də Evianda etiraz aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan icmasının üzvləri aksiyanın keçirilməsi üçün yerli hakimiyyət orqanlarından icazə alıb və hüquq-mühafizə orqanları aksiya zamanı təhlükəsizliyi təmin ediblər.
Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bən şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.