SİYASƏT


TARİXİ ANLAR: 30 il sonra Qarabağ və Şərqi-Zəngəzurda seçki məntəqələri qurulub

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Bunun üçün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının nümayəndələri seçkilərə hazırlığın vəziyyətini öyrənmək üçün işğaldan azad olunmuş Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndi ərazisində yaradılan seçki məntəqələrinə baxış keçiriblər. Baxış zamanı məntəqə sədrləri və üzvləri ilə seçkilərə hazırlıqla bağlı müzakirələr aparılıb.