SİYASƏT


Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzinə baxış keçirib

Yanvarın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn seçkilərlə əlaqədar fəaliyyətə başlayan MSK-nın “Seçki-2024” Müstəqil Media Mərkəzində olub. Komissiya üzvləri və Katibliyin təmsilçilərinin də iştirakı ilə Mərkəzə baxış keçirilib. MSK sədri yaradılmış şəraitlə yaxından tanış olaraq, yerli və beynəlxalq media nümayəndələrinin prezident seçkiləri ilə bağlı sərbəst və asan məlumat əldə etmələrinin, seçki prosesinin digər iştirakçılarına da daha effektiv və keyfiyyətli xidmət göstərilməsinin zəruriliyini vurğulayıb, bu barədə öz tövsiyələrini bildirib.