SİYASƏT


Məzahir Pənahov: Prezident seçkilərində səsvermə günü “exit-poll” keçirmək üçün 3 müraciət olub

Növbədənkənar prezident seçkilərində səsvermə günü “exit-poll” keçirmək üçün 3 müraciət olub.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “OREACLE ADVİSORY GROUP” təşkilatı ilə birgə “exit-poll” keçirməyi nəzərdə tutur. Onlar 40 dairədə 500 məntəqədə “exit-poll” təşkil etmək istəyirlər. İkincisi, Rəy Monitorinq Mərkəzidir ki, onlar 200 məntəqədə “exit-poll” keçirmək niyyətindədirlər.