SİYASƏT


20 Yanvar şəhidlərinin xatirəsi anılır

Qanlı Yanvar hadisələrindən 34 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar xalqımızın tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb.