SİYASƏT


Azərbaycanda aparılan seçkiqabağı sorğu ilə bağlı tədbir təşkil olunub

Yanvarın 22-də ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı apardığı seçkiqabağı sorğuya dair tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təmsil etdiyi təşkilat barədə məlumat verən Vlada Galan “ORACLE ADVISORY GROUP” təşkilatının ABŞ, Macarıstan, Rumıniya, İsrail, Çexiya da daxil olmaqla, dünyanın bir çox ölkələrində seçki prosesini izlədiyini bildirib. O deyib ki, Azərbaycandakı seçkilər onların iştirak etdikləri 25-ci qlobal səsvermə olacaq. V.Galan vurğulayıb ki, ölkəmizdə keçirilən seçkilərdə artıq 5-ci dəfədir iştirak edirlər. Təşkilat prezident seçkilərini üçüncü dəfə izləyəcək.