DÜNYA


“Crocus City Hall”da baş verən yanğın lokallaşdırılıb

Moskvada “Crocus City Hall”da baş vermiş yanğın lokallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğının söndürülməsinə üç helikopter cəlb edilib. Yanğınsöndürmə və xilasetmə bölmələri yanğının tez bir zamanda söndürülməsi üçün bütün tədbirləri görür.