CƏMİYYƏT


FHN: Binəqədi rayonunda qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.