CƏMİYYƏT


Nazir: Ötən il Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 670 milyon ABŞ dolları olub

“Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün davamlı işlər aparılacaq”.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib. Eyni zamanda, brifinqdə Azərbaycanla Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının yekunları barədə məlumat verilib.