CƏMİYYƏT


Astara rayonunda dəhşətli yol qəzası: Ölənlər var

Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunun 201-ci kilometrliyində, Astara rayonunun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iritonnajlı yük avtomobili yol kənarında hərəkətsiz olub. Astara rayonunun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək iritonnajlı avtomobilin altına girib.