CƏMİYYƏT


Ali Məhkəmə “E-Justice” platformasını təqdim edib

Azərbaycanda vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən “E-Justice” platformasının yaradılması təklif olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Baş Prokurorluğun “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda məlumat verib.