CƏMİYYƏT


Mənzildən ev sahibinin 18500 manatını oğurlayan şəxs saxlanılıb

Paytaxtın Nəsimi rayonunda naməlum şəxsin evlərdən birindən 18500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb.