CƏMİYYƏT


Umayra Tağıyeva: Xəzər dənizində birgə monitorinqlərin keçirilməsi üçün Xəzəryanı ölkələrin nümyəndələrini dəvət edirik

“Xəzər dənizində birgə monitorinqlərin keçirilməsi üçün Xəzəryanı ölkələrin nümyəndələrini dəvət edirik”. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib. Nazir müavini vurğulayıb ki, Xəzər dənizi ilə bağlı təşəbbüslər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyinə daxil ediləcək.