SİYASƏT


Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

Bu gün Türk dünyası üçün tarixi və vacib hadisə baş verir. Bir müddət öncə Prezident İlham Əliyevin Türkiyə Böyük Millət Məclisinin komitə sədri Fuat Oktayla görüşü zamanı səsləndirdiyi fikir artıq reallaşdı. Görüşdə Türk parlamentlərinin xarici əlaqələr komitələrinin bir araya gəlməsinin vacibliyindən danışılıb. Bu gün Türk dünyası böyük bir fenomenə çevrilib. Biz bu prosesin inkişaf etdirilməsində müstəsna rol oynayırıq.