CƏMİYYƏT


“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

Aprelin 25-də Azərbaycan Sərhəd Mühafizəsinin 105 illiyi ərəfəsində Dövlət Sərhəd Xidməti (DSX), Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Lənkəran” sərhəd dəstəsində keçirilən “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin təntənəli açılış mərasimi olub. DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin regional idarələrinin nümayəndələrinin də qatıldığı mərasimdə çıxış edənlər belə tədbirlərin məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, Vətəninə, xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, sərhədçi peşəsinə marağın artırılması və onların hərtərəfli formalaşmalarında əhəmiyyətli rolunu qeyd ediblər.