DÜNYA


Bolqarıstanda sərnişin avtobusu qəzaya uğrayıb, 16 nəfər ölüb

Bolqarıstanda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, 27 nəfər yaralanıb. Bu barədə BGNES portalı məlumat yayıb. AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, daha əvvəl “Sofiya Globe” qəzetinin məlumatına görə, İşkar dərəsində baş verən qəza nəticəsində ən azı 15 nəfər həlak olmuşdu.