DÜNYA


Sankt-Peterburqda mikroavtobus yük maşını ilə toqquşaraq yanıb, 7 nəfər ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində mikroavtobusla iki yük maşınının toqquşması zamanı baş verən yanğın nəticəsində 7 nəfər ölüb. Iveco" markalı yük maşını eyni istiqamətdə hərəkətdə olan "Scania" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "Scania" qarşı yola çıxıb və oradan gələn "Hyundai Starex" markalı mikroavtobusa çırpılıb.