CƏMİYYƏT


BİZ DƏ HAMI KİMİYİK
Cəmiyyət bizim kimi insanlara adaptasiya olunmalıdır

Bakı sakini Aytən Məhərrəmova revmatoid artrit xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik onu fiziki cəhətdən məhdudlaşdırsa da, yaşamaq həvəsini öldürməyib. Ramana qəsəbəsində yerləşən Peşə Reabilitasiya Mərkəzində toxuculuq sənətini öyrənib. “ABAD”a qoşulan Aytən müxtəlif geyimlər, papaq və şərflər toxuyaraq gəlir əldə edir. O, özü kimi insanları həyatda mübariz olmağa çağırır.