DÜNYA


İranda yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər həlak olub

Bu səhər Tehran yaxınlığında qəzaya uğrayan yük təyyarəsində ölənlərin sayı 16 nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, Bişkek şəhərindən İranın Kərəc şəhəri yaxınlığındakı “Payəm” hava limanına uçan “Boing -707” tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində evlər dağılıb. Verilən məlumatlarda deyilir ki, pilotlar eniş zamanı yaranan nasazlığı aradan qaldıra bilməyiblər. Təyyarə yaşayış məntəqəsinin üzərinə düşərək evlərə külli miqdarda ziyan vurub. Təyyarənin pilotu xilas ola bilib.