CƏMİYYƏT


Sabah hava küləkli olacaq

Bakıda və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal-şərq, şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.