DÜNYA


Kaliforniyada gəmi yanıb, 34 nəfər itkin düşüb

Kaliforniyada gəmidə baş verən yanğın nəticəsində 34 nəfər həlak olub.

KTLA telekanalının yerli yanğın idarəsinə istinadla yaydığı məlumata görə hadisə Ventura dairəsində baş verib.

Los-Ancelesin sahil mühafizə xidmətindən bildiriblər ki, xilasedici komandalar qəza rayonuna gedib. Bir neçə ekipaj üzvü xilas edilib. Təxliyə davam edir.