QAN YADDAŞI


İstanbulun bütün ictimai nəqliyyat vasitələrində Xocalı soyqırımı ilə əlaqədar videoçarx nümayiş etdirilir

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 25-26-da İstanbulun metro, metrobus, gəmi səfərləri də daxil olmaqla, bütün ictimai nəqliyyat vasitələrində videoçarx nümayiş etdirilir, afişalar yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, kampaniya ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilir.