QAN YADDAŞI


AzTV Xocalı soyqırımı ilə bağlı erməni dilində videoçarx hazırlayıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarx altı dildə təqdim olunub. Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün videoçarx Azərbaycan dili ilə yanaşı, rus, ingilis, erməni, gürcü, türk dillərinə tərcümə olunub.