İQTİSADİYYAT


Cəbhəyanı ərazilərdə işıq və qaz təchizatı yaxşılaşdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, regionların elektrik enerjisi və təbii qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yeni elektrik və qaz xətləri çəkilir, paylaşdırıcı şəbəkələr gücləndirilir və genişləndirilir.

Dövlət başçısının sosial siyasətinin prioritetlərindən biri də cəbhəyanı ərazilərdə kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bununla əlaqədar olaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Azəriqaz” İstehsalat Birliyi (İB) Ağdam rayonu ərazisində elektrik enerjisi və qaz təchizatı şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə birgə layihənin icrasına başlayıblar.