CƏMİYYƏT


Şənbə günü paytaxtda hava yağmursuz keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-16, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 7-11 dərəcə isti olacaq.