MƏDƏNİYYƏT


Bayram süfrələrinin bəzəyi - Quba paxlavası

Azərbaycan şirniyyatı bütün dünyada məşhurdur. Milli mətbəximizdə undan hazırlanan şirniyyat məmulatının 30-dan çox növü var. Quba paxlavası bu şirniyyatlar arasında özünəməxsus yer tutur.
Uzun illərdir paxlava bişirən Habil Bayramov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Quba paxlavası artıq rayonun simvollarından birinə çevrilib. Kimsə rayona gələrsə ona bu şirniyyat təqdim olunur, qubalılar qonaq gedəndə özləri ilə paxlava hədiyyə aparırlar. Bundan başqa qonşu ölkələrdə yaşayan həmvətənlərimiz də bayram günləri üçün paxlava sifariş verirlər.