Азербайджанское Государственное Информационное Агентство

Məhəmmədəli Xudaverdiyev: BMT tədbirinin Azərbaycanda keçirilməsi "ASAN xidmət"in beynəlxalq sahədə təşviqinə verilən dəyərin göstəricisidir

29.10.2026 [12:35]

Текст сообщения

Biz şadıq ki, bu dəfə Bakıda keçiriləcək beynəlxalq tədbirdə dövlət xidmətləri və idarəçiliyi sahəsində aparılan islahatlar müzakirə olunacaq. Bildiyiniz kimi, BMT "ASAN xidmət"i 4 qitəyə təbliğ edib və bununla bağlı 2024-cü ildə Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında töhfə sazişi imzalanıb. Bu istiqamətdə Afrika qitəsində, eləcə də Amerika qitəsində müxtəlif tədbirlər təşkil olunub. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət” və BMT-nin Bakıda keçiriləcək birgə beynəlxalq sammiti ilə bağlı keçirilən brifinqdə deyib.

ДРУГИЕ ВИДЕО РАЗДЕЛА