ПОЛИТИКА


Bakıdakı Dənizkənarı Milli Parkda qadın polislər xidmətə başlayıb

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında əhalinin və turistlərin ən çox istirahət etdiyi yerlərdən biri-Dənizkənarı Milli Parkda təhlükəsizliyin, əmin-amanlığın formaca yeni müstəvidə təmin edilməsi məqsədi ilə qadın polis əməkdaşları da bayram və istirahət günlərində xidmətə cəlb ediliblər. DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə sentyabrın 30-dan Əlahiddə Çevik Polis Alayının qadın əməkdaşları kişi həmkarları ilə birlikdə Dənizkənarı Milli Parkda xidmətə başlayıblar.