ОБЩЕСТВО


Altı yaşına qədər uşaqlar “İmmunlaşdırma həftəsi”ndə peyvənd olunacaq AÇIQLAMA

Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçirilir. Səhiyyə Nazirliyinin nümayəndəsi Nəzifə Mürsəlova jurnalistlərə açıqlamasında bildirib ki, “İmmunlaşdırma həftəsi” aprelin 26-dək davam edəcək. Aprelin 9-da Səhiyyə naziri Oqtay Şirəliyev “Respublikada “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
Əmrdə 2020-ci il aprelin 20-dən 26-dək respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.
Əmrdə, həmçinin hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların tibb müəssisələrinə kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, ÜST-ün dəstəyi ilə həftə ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də öz əksini tapıb.