CƏMİYYƏT


Səbail rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən daha bir uşaq bağçası aşkarlanıb

Paytaxtın Səbail rayonunun Lermontov küçəsi 119 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları məlumat daxil olan kimi həmin ünvana yollanıblar. Baxış zamanı ünvanda yaşayan Cahan Kərimovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdiyi məlum olub. Mənzilə baxış zamanı 10 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər.