CƏMİYYƏT


Baş Prokurorluğun müasir standartlara cavab verən veb-saytı ictimaiyyətin istifadəsinə verilib

Müasirləşən informasiya axarına qoşulmaq məqsədilə Baş Prokurorluğun müasir standartlara cavab verən veb-saytı ictimaiyyətin istifadəsinə verilib.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenidən qurulub.Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilmiş təqdimat mərasimində Baş prokurorun müavinləri, o cümlədən Baş Prokurorluğun bir sıra idarə və şöbə rəisləri iştirak ediblər.