CƏMİYYƏT


“Biz terrora yox deyirik, sülh və ədalət istəyirik” adlı videoçarx nümayiş olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) dəstəyi ilə yaradılan və artıq fəaliyyətini genişləndirməkdə olan Uşaq Səfirlər Məclisi avqustun 20-də onlayn formatda növbəti tədbirini təşkil edib.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) dəstəyi ilə hazırlanmış “Biz terrora yox deyirik, sülh və ədalət istəyirik” adlı videoçarx nümayiş olunub.Videomaterialın nümayişindən sonra çıxış edən uşaqlar onun hazırlanmasında göstərdiyi göstərdiyi dəstəyə görə AQUPDK-ə və AZƏRTAC-a təşəkkürlərini bildirib.