Azərbaycan Dövlət İnformasiya Agentliyi

Asimptomatik xəstələrin başqalarını yoluxdurmaq ehtimalı var

21.08.2020 [17:48]

Xəbərin mətni

Asimptomatik xəstələrin infeksiyanı başqalarına yoluxdurub-yoluxdurmaması həqiqətən narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatı bir müddət əvvəl asimptomatik xəstələrin praktiki olaraq başqalarının yoluxdurmadığını qeyd edib. İndiyədək ölkəmizdə 1000 nəfər asimptomatik xəstədən 3 nəfərə virus keçib. Amma bu da kiçik rəqəm deyil. Ölkə əhalisi üzrə hesablasaq, bu rəqəm daha da arta bilər. Lakin asimptomatik xəstələrdən respirator əlamətləri - asqıraq və öskürəyi olanların yoluxdurmaq ehtimalı çoxdur.