Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Prezident İlham Əliyev 330/220/110 kilovoltluq “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub

21.08.2020 [19:43]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.