Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü yağış Yevlax rayonunda fəsadlar törədib

23.08.2020 [16:46]

Xəbərin mətni

Avqustun 22-i axşam saatlarından avqustun 23-ü saat 11-dək yağan güclü və aramsız yağış Yevlax rayonunun yaşayış məntəqələrinə ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bozdağdan gələn sel suları rayonun Xanabad və Əkşəm kəndlərində sakinlərin həyətlərinə dolub, təsərrüfatlarına və əmlaklarına ziyan vurub.