MƏDƏNİYYƏT


Arxeloqlar Şabrandakı Çaqqallıqtəpə abidələr kompleksində qədim nekropolun olmasını ehtimal edir

Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 11-dən başlayaraq qazıntı işləri I Çaqqallıqtəpədə aparılır.